Xəbər lenti

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək
İdman 13:24 09.12.2025

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->