Xəbər lenti

Ancelina Coli qəzalara görə oğlunu müqavilə imzalamağa məcbur edib
Maqazin 23:34 12.03.2025

Ancelina Coli qəzalara görə oğlunu müqavilə imzalamağa məcbur edib

Hollivud aktrisası Ancelina Coli elektrik velosipedində baş verən iki qəzadan sonra oğlu Paksı müqavilə bağlamağa məcbur edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.

Ulduzla yaxından tanış olan bir şəxs Ancelina Colinin 21 yaşlı oğluna qəza keçirdikdən sonra ona ağır şərtlər irəli sürdüyünü bildirib. Nəşrin mənbəsinin sözlərinə görə, aktrisa Paksdan həmişə dəbilqə taxacağına söz verən müqavilə imzalamağı tələb edib. Bundan əlavə, sənətçi oğlunu elektrik velosipedi təhlükəsiz idarə etmək üçün bir neçə dərs almağa məcbur edib.

"O, hər dəfə elektrikli velosipedlə evdən çıxanda yenə də narahat olacaq. Onun edə biləcəyi yeganə şey ümid etməkdir ki, Paks sağ olduğu üçün nə qədər şanslı olduğunu başa düşəcək və gələcəkdə avtomobili daha məsuliyyətlə idarə edəcək", deyə mənbə qeyd edib.

29 iyul 2024-cü ildə aktyorlar Ancelina Coli və Bred Pittin övladlığa götürdüyü oğlu Los-Ancelesdə qəzaya düşüb. Paks dəbilqəsiz elektrik velosipedi sürərkən avtomobilə çırpılıb. Onun həmin vaxt kəllə-beyin travması aldığı məlum olub.

Yanvar ayında tabloid TMZ Paksın yenidən qəzaya uğradığını yazıb. Nəşr aydınlaşdırıb ki, gənc oğlan Los-Ancelesdə elektrikli velosiped sürərkən avtomobilin kənarına çırpılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->