Xəbər lenti

Aktrisa Çimnaz Sultanovanın məzarı niyə hazır deyil?
Ölkə 14:28 26.02.2025

Aktrisa Çimnaz Sultanovanın məzarı niyə hazır deyil?

Aktrisa Çimnaz Sultanovanın ölümündən iki aya yaxın vaxt keçir. Amma buna baxmayaraq, aktrisanın məzarının üstü hazırlanmayıb.
 
Aktrisa Sona Əliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, Çimnaz Sultanovanının qəbrinin üstünün hazırlanmamasının bəzi səbəbləri var:

"Çimnaz Sultanovanın atası bakılıdır. Bizdə kim dünyasını dəyişirsə, onun dəfn və yas mərasimləri Bakı adət-ənənələrinə görə keçirilir. Bakılılarda dünyasını dəyişən adamların qəbrinin üstü il mərasiminə kimi götürülür. Hələ ilinə çox vaxt var. Bizdə heç vaxt qış aylarında qəbirüstü götürülməz. İlinə kimi mütləq onun qəbrinin üstü qoyulacaq".

Sona Əliyeva Çimnaz Sultanovanın ölümündən sonra oğlunun Azərbaycana gəlmədiyini vurğulayıb:

"Oğlu Almaniyda təhsil alır, uzun yoldur. Gəlib neyləyəcək? Oğlu dəfin mərasimində də olmayıb. Çimnazın ölümü qəfil oldu. Bundan sonra soyuq torpağı qucaqlayıb öpməyin nə mənası? Bu adama nə təsəlli verir ki? Mən tez-tez qəbrini ziyarət edirəm, ara-sıra gedənlər var".
 


Sona Əliyeva Çimnaz Sultanovanın dəfn mərasimində iştirak edən bütün media işçilərinə təşəkkür edib:

"Bütün media orda idi. Kim gəlirdi müsahibə alırdılar. Soyuq hava idi, onlar çox əziyyət çəkdi. Bir stəkan çay belə içmədilər. Dəfn mərasiminin sonuna kimi media bizimlə oldu, bunu itirə bilmərik". 

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova uzun sürən xəstəlikdən sonra yanvarın 15-də dünyasını dəyişib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->