Xəbər lenti

Çilidə paytaxt qaranlığa qərq oldu, fövqəladə vəziyyət elan edildi (VİDEO)
Dünya 16:25 26.02.2025

Çilidə paytaxt qaranlığa qərq oldu, fövqəladə vəziyyət elan edildi (VİDEO)

Çilidə 8 milyon ev təsərrüfatını əhatə edən böyük elektrik kəsintisi baş verib. Paytaxt Santyaqo qaranlığa qərq olub, iri mis mədənlərinin fəaliyyəti dayandırılıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.  

Səhvlərdən bir neçə saat sonra, hava qaralanda, Çili hökuməti fövqəladə vəziyyət elan edib və saat 22:00-dan 06:00-a qədər komendant saatı tətbiq edib.  

Daxili işlər naziri Karolina Toa bildirib ki, genişmiqyaslı elektrik kəsintisinə ölkənin şimalında elektrik ötürücü xətlərində baş verən qəza səbəb olub.  

Qeyd olunur ki, bu, son illərdə Çilidə baş verən ən böyük elektrik kəsintisidir. Daxili İşlər Nazirliyi asayişin qorunması üçün ölkə boyu hərbi bölmələrin yerləşdirildiyini açıqlayıb.  

Çili prezidenti Qabriel Boriç bildirib ki, elektrik kəsintisi 8 milyon ev təsərrüfatına təsir edib, lakin sonradan onların təxminən yarısında enerji təchizatı bərpa olunub.  

Xatırladaq ki, fevralın 10-da Şri-Lankada da böyük elektrik kəsintisi baş vermişdi. Həmin vaxt kəsintiyə vacib bir transformatora toxunan meymun səbəb olmuşdu.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->