Xəbər lenti

Azərbaycan Könüllülərinin iştirakı ilə
Foto 15:12 26.02.2025

Azərbaycan Könüllülərinin iştirakı ilə "Xocalı 33 il" fləşmobu keçirildi (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı 33 il” adlı fləşmob həyata keçirilib.

Fləşmobda 500 nəfər Azərbaycan Könüllüsü fəal iştirak edib. Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı Azərbaycan Könüllülərinin iştirakı ilə "Badam çiçəyi” – "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb. Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: "Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->