Zimbabve 2030-cu ilə qədər vahid milli valyuta tətbiq etməyi və tədricən ABŞ dollarından imtina etməyi planlaşdırır.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Zimbabve Mərkəzi Bankının sözçüsü İnnosent Matşe bildirib.
"2030-cu ilə qədər milli valyutaya keçmək üçün kifayət qədər xarici valyutamız olacaq", deyə o bildirib.
Matşe əlavə edib ki, hakimiyyət orqanları vahid valyuta vahidinə keçmək üçün kifayət qədər xarici valyuta toplayacaq və bununla da dolları gündəlik dövriyyədən çıxaracaq bir mexanizm hazırlamağı planlaşdırır.
Aydın
Şərhlər