Xəbər lenti

ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq
Ölkə 20:55 17.02.2025

ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq

ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.


Report-un ABŞ bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.


Bildirilib ki, səyyar konsulluq xidməti 22 fevral tarixində baş tutacaq.


Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.


ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->