Xəbər lenti

Vüsalə Səid yeni vəzifəyə təyin olundu (FOTO)
Ölkə 10:13 20.02.2025

Vüsalə Səid yeni vəzifəyə təyin olundu (FOTO)

Tanınmış teleaparıcı Vüsalə Səid yeni vəzifəyə təyin olunub.

Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.

O, uzun müddət AzTV və İTV-də çalışıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->