Xəbər lenti

750 kvadrat km-lik ərazidə nadir torpaq elementləri tapıldı -
Dünya 17:56 25.05.2026

750 kvadrat km-lik ərazidə nadir torpaq elementləri tapıldı - "Mükəmməllik mərkəzi" yaradılacaq

Hindistanın Racastan əyalətinə bağlı Balotara bölgəsində təxminən 750 kvadrat kilometrlik sahədə elektrikli avtomobillər, müdafiə sənayesi və aerokosmik sektor üçün kritik əhəmiyyət daşıyan nadir torpaq elementləri aşkar edilib.

Qaynarinfo xəbər verir ki, çəlumata görə, aparılan geoloji araşdırmalar nəticəsində niobium, sirkonium və hafnium kimi strateji minerallar müəyyən olunub. Bu elementlərin raket texnologiyaları, nüvə reaktorları, mikroelektronika və yüksək texnologiyalı sənaye sahələrində istifadə edildiyi bildirilir.

Geoloji baxımdan əhəmiyyətli zona

Tədqiqat aparılan ərazi "Siwana Ring Complex” adlanan vulkanik kaldera strukturu ilə xarakterizə olunur. Mütəxəssislər hesab edirlər ki, nadir elementlərin formalaşması məhz bu geoloji quruluşla bağlıdır.

Rəsmilərin məlumatına görə, sahədə ilkin qiymətləndirmə işlərinin sürətləndirilməsi üçün üç özəl şirkətə tapşırıq verilib. Həmçinin Mədən Nazirliyinin Texniki və Xərc Komitəsi tərəfindən kompleksin müxtəlif hissələrində həm nadir torpaq elementləri, həm də ağır nadir metalların mövcudluğu təsdiqlənib.

Strateji əhəmiyyət artır

Hindistan Mədən və Kömür naziri G. Kişan Reddi və Racastan Baş naziri Bhajanlal Şarma arasında keçirilən görüşdə bölgədə böyük miqyaslı kritik mineral ehtiyatların olduğu rəsmi olaraq elan edilib.

Baş nazir Sharma Siwana bölgəsində nadir və ağır nadir torpaq elementlərinin mövcudluğunu təsdiqləyərək, layihənin koordinasiyası üçün regional səviyyədə xüsusi bir koordinator təyin edilməsi barədə göstəriş verib.

Aydın
--> -->