Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.
Xəbəri rus dilində oxuyun: Командир "Кобры” назначен на высокую должность
Qeyd edək ki, Füzuli İmrəliyev Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib. O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb.
Şərhlər