Öz kiçik təsərrüfatını xilas etməyə çalışan 63 yaşlı braziliyalı fermer Sidronio Moreyra 2024-cü ilin payızında torpağında su quyusu qazmağa başlayıb. Təxminən 40 metr dərinliyə çatdıqda isə yeraltından su deyil, neft çıxmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Farmer" yazır.
Qanuna görə, fermer bu kəşf barədə dövlət orqanlarını məlumatlandırmalı idi. İlk baxışda bu hadisə onun həyatını dəyişdirəcək böyük sərvət vəd edirmiş kimi görünsə də, nəticə tam əksinə olub.
Əraziyə dərhal geoloqlar və mədən mütəxəssisləri cəlb olunub. Sahə hasarlanıb və fermerə öz torpağına giriş qadağan edilib. Hətta yeni su quyuları qazmaq da ona qadağan olunub ki, bu da onun təsərrüfatını daha da çətin vəziyyətə salıb.
19 may tarixində Braziliyanın Neft Agentliyi (ANP) həmin ərazidə yeni yatağın tapıldığını rəsmən təsdiqləyib. Bildirilir ki, belə dayaz dərinlikdə neftin tapılması nadir haldır və çıxarılması texniki baxımdan nisbətən asan ola bilər.
Lakin əsas problem yatağın kifayət qədər gəlirli olub-olmayacağıdır və hələlik bununla bağlı dəqiq nəticə yoxdur.
Fermer isə ağır vəziyyətdə qalmağa davam edir. Onun 49 hektarlıq təsərrüfatı Braziliya üçün kiçik hesab olunur və ailəsinin gəliri getdikcə azalır.
Dövlət ona həmin ərazidəki yeraltı sərvətlərin sahibinin dövlət olduğunu bildirərək torpağın istifadəsi ilə bağlı məhdudiyyətlər qoyub. O, nə torpağı sata, nə də bölə bilir.
Qanuna əsasən, əgər neft hasilatı başlanarsa, fermer yalnız kompensasiya ala bilər, lakin hasilat hüququ böyük ehtimalla neft şirkətlərinə veriləcək.
Aydın
Şərhlər