Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitar və Texniki Təmizlik İdarəsi "Fidan-TN" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət asfalt-beton örtüklü yolların təmizlənib yuyulması üçün mal-materialların alınması ilə bağlı tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 149 919 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Fidan-TN” MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfova Elyana Tofiq qızıdır.
"Fidan-TN” MMC 17 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə haqqında heç bir məlumat yoxdur. Elyana Nəcəfova haqqında da hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Fidan-TN” MMC əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitar və Texniki Təmizlik İdarəsinin tenderlərinin qalibi seçilib.
Şirkət ötən il sözügedən qurumun iki tenderində qalib seçilib və ümumilikdə 857 414 manatlıq sifarilş alıb. Bu tenderlər üzrə satınalma predmetləri texniki məqsədlər üçün emal edilməmiş xam duz və "Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarından ibarət olub.
Seyid
Şərhlər