Xəbər lenti

Ölkə 14:30 11.03.2025

"50 qəpik" avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı

Bakıda "50 qəpik" avtoyuma məntəqəsinin kassalarını qırıb, pullarını oğurlayan usta həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayının yaxınlığındakı "50 qəpik" avtoyuma məntəqəsində baş verib. 

1992-ci ildə Bakı şəhərində anadan olan və avtomobil ustası işləyən E.R. son vaxtlar imkanı olmadığı üçün avtomobilini yuduzdurduğu "50 qəpik" avtoyuma məntəqəsində oğurluq etmək qərarına gəlib. 

O, idarə etdiyi "Subaru" markalı avtomobillə avtoyuma məntəqəsinə gedib. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra avtoyuma aparatına yaxınlaşıb və maşınında olan təkər açarı ilə aparatın kassasını qıraraq oradan 83 manat dəyərində qəpikləri oğurlayıb. Eyni yerdən ikici dəfə də 95 manat dəyərində qəpik aparıb. 

Məhkəmənin qərarı ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 2 ay müddətinə həbs edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->