Xəbər lenti

2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
Ölkə 11:00 04.01.2026

2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq

Pomponi Mela, təqribən I əsrdə yaşamış Roma coğrafiyaşünasıdır və onun "Yerin Təsviri" (De Chorographia) adlı əsəri "Yer kürəsinin vəziyyəti haqqında" məlumat verir. Bu əsərdə qədim yunan müəlliflərinə əsaslanaraq, Roma imperiyası üçün məlum olan ölkələr, xalqlar, Atropatena, Qafqaz Albaniyası, Xəzər dənizi və onun ətrafı haqqında ətraflı məlumat verilir, onun əsəri o dövrün coğrafi təsəvvürlərini əks etdirir. 

Kitabı oxumaq üçün linkə keçid edin. 

Pomponius Mela öz əsərində "Azərbaycan” adını işlətməsə də, Qafqaz Albaniyası və Atropatena barədə verdiyi məlumatlar müasir Azərbaycan ərazisinə aiddir.

Mela Azərbaycan ərazisindən keçən və dünyanı şimaldan cənuba ayıran böyük dağ silsiləsindən bəhs edir. O yazır ki, Albaniya Qafqaz dağlarının ətəklərində yerləşir və Xəzər darvazalarını (Dərbənd keçidi və ya Beşbarmaq tərəflər) nəzarətdə saxlayır.

Müəllif yazıda Albaniyanı sadəcə bir ölkə deyil, şimaldan gələn köçəri tayfaların qarşısını kəsən bir "sədd" kimi təsvir edir. 

Pomponi Mela Albaniyanı Qafqazın şərqində, Xəzər dənizinin sahilində yerləşən geniş və əhəmiyyətli bir ölkə kimi təsvir edir. Albaniya şimaldan Qafqaz dağları, şərqdən isə bütövlüklə Xəzər dənizi ilə hüdudlanır. Müəllif albanları Xəzər sahilinin ən böyük və hakim xalqlarından biri kimi göstərir.

Mela qeyd edir ki, Albaniya hüdudlarında və onlara qonşu olan ərazilərdə (Sarmatiya ilə sərhəddə) qadınlar kişilərlə eyni hüquqa malikdir və onlar hərbi təlimlərdə iştirak edirlər. Müəllif yerli xalqı belə təsvir edir:

"Onlar heç bir kənar gücə tabe olmaq istəməyən, öz qanunları və adətləri ilə yaşayan "dikbaş" bir xalqdır"

"Albania post Hiberiam est, campestris et fertilis, bellicosa gens" - "Albaniya İberiyadan sonra yerləşir; düzənlikləri və münbit torpaqları olan, döyüşkən xalqdır" yazan Pomponi onları vətənlərinin müdafiəsinə hər zaman hazır olan, cəsur döyüşçülər kimi təsvir edir..

"Albanorum mores simplices sunt; arma et equi honorantur" - "Albanların adətləri sadədir; silah və at yüksək dəyər daşıyır" yazan Mela onların bölgənin aparıcı gücü kimi təqdim edir və qonşu tayfalara nəzarət etməsini qeyd edir:

"Abanlar açıq rəngli dəriyə, boz və mavi göz rənginə malik xalqdırlar və uca boyları var. (Albanorum corporum color pallidus, oculi caerulei sunt) Fiziki cəhətdən çox güclü olan bu xalq (Corpora robusta sunt; statura mediocris, sed fortitudine praecedunt) həm yaxın döyüşdə, həm də uzaqdan ox atmaqda mahir döyüşçdürlər. Bu xalq pula və var-dövlətə deyil, torpağa və azadlığa daha çox önəm verir. (Generosi et liberi animi viri sunt, mores simplices) Qadınları çox cəsurdurlar və müharibə olanda silaha sarılaraq kişilərlə bərabər döyüşə gedirlər".
 


Qeyd edim ki, əsərdə "Armenia" termini rast gəlinsə də, bu, heç bir sabit sərhədi olmayan, müxtəlif imperiyalar (Roma və Parfiya) arasında daim bölünən bir ərazi kimi göstərilir. Bir çox erkən xəritə nüsxələrində isə Albaniya və Atropatena daha stabil siyasi güc kimi göstərilir. 

Mela üçün "Ermənistan" bir xalqın vətənindən daha çox, Roma legionlarının keçdiyi "soyuq və dağlıq bir keçid zonası" idi.

Prof. Dr. Zaur Aliyev
--> -->