Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən "İlk Addım Uşaq Bağçası"nda operativ vergi nəzarəti həyata keçirilib.
Qaynarinfo-nun məlumatına görə, aparılan yoxlama zamanı uşaq bağçasında müvafiq lisenziya və icazə olmadan uşaq bağçası fəaliyyəti ilə məşğul olunması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə "İlk Addım Uşaq Bağçası" MMC barəsində protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə bağça rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş 1500 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 3000 manat cərimə edilib.
Qeyd edək ki, "İlk Addım Uşaq Bağçası" şəbəkəsi Bakıda və rayonlarda fəaliyət göstərir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimova Vəfa Fikrət qızıdır.
Aydın
Şərhlər