Xəbər lenti

94 yaşlı şairin makina videosu: O, nə yazırmış?
Video 12:02 05.01.2026

94 yaşlı şairin makina videosu: O, nə yazırmış?

94 yaşlı şair Nəriman Həsənzadənin yazı makinası arxasında oturmasının təfərrüatı məlum olub. 

Xalq şairinin köməkçisi Arif Mehmandost Qaynarinfo-ya açıqlamasında bildirib ki, şair xəstəxanadan evinə buraxılandan sonra onu müalicə edən həkimə şeir yazıb:

"Şeir artıq hazırdır, amma hələ həkiminə təqdim olunmayıb. Bu səbəbdən şeirin adını  deyə bilmərəm. Həkimə təqdim olunandan sonra paylaşılacaq”.
Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasınya yerləşdirilib. 

Xəstəxanadan evə buraxılan 94 yaşlı şairin sosial şəbəkədə yazı makinası arxasında videosu böyük müzakirəyə yol açıb.

Bahar Rüstəmli
--> -->