Xəbər lenti

Kuba Venesuelada 32 hərbçisinin öldüyünü açıqladı
Dünya 10:41 05.01.2026

Kuba Venesuelada 32 hərbçisinin öldüyünü açıqladı

Kuba hakimiyyəti Venesuelada keçirilmiş əməliyyat zamanı 32 kubalı hərbçi və daxili işlər orqanları əməkdaşının həlak olduğunu açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, ölən şəxslər Venesuela ərazisində xidmətdə olarkən həyatını itirib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, hadisə ilə əlaqədar ölkədə iki günlük milli matəm elan olunub. Müvafiq sərəncam Kuba prezidenti Migel Dias-Kanel tərəfindən imzalanıb.

Havana baş verənləri ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatın nəticəsi kimi qiymətləndirir. ABŞ tərəfi isə həlak olanlarla bağlı indiyədək rəsmi və detallı mövqe açıqlamayıb.

Qeyd edək ki, Kuba ilə Venesuela arasında uzun müddətdir siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq mövcuddur. Venesuelaya rəhbərlik edən Nikolas Maduro hökuməti bu əməkdaşlığın rəsmi xarakter daşıdığını bəyan edirdi.

Aydın
--> -->