Xəbər lenti

Bakıda oğul atasının şikayəti ilə həbs edildi:
Ölkə 11:18 05.01.2026

Bakıda oğul atasının şikayəti ilə həbs edildi: "Avara-avara gəzir..."

Bakıda oğul atasının mobil telefonunu və maaşını oğurladığı üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonunda baş verib. 

Belə ki, R.T.-nın fəhlə işləyərək aldığı mobil telefonunu 2002-ci ildə Cəbrayıl rayonunda doğulmuş oğlu A.T. oğurlayıb. Atasının şikayəti əsasında saxlanılan A.T. borcu olduğu üçün telefonunu oğurladığını və 60 manata satdığını deyib. 

Məhkəmə iclasında zərərçəkmiş R.T. bildirib ki, iki il əvvəl işlənmiş telefon alıb. Mobil cihazın dəyəri 100-150 manat olub. O, oğlunun avara-avara gəzdiyini, işləmədiyini bildirib. Özü isə tikintidə fəhləlik edir, 1 il 3 aydır ki, yoldaşı da rəhmətə gedib. Oğlu həmçinin 311 manat maaşını da kartdan götürüb. 

Aparılan araşdırma zamanı A.T.-nın metronun Xalqlar Dostluğu stansiyası yaxınlığından gecə saatlarında 200 manatlıq qoz ləpəsi oğurladığı da məlum olub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1 ay müddətinə həbs edilib.

Aydın
--> -->