Xəbər lenti

Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
Ekonomiks 11:33 05.01.2026

Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər

Azərbaycanda siqaret qiymətləri kəskin artıb.

Modern.az xəbər verir ki, bir qutu siqaretin qiyməti orta hesabla 30-50 qəpik artıb.

Əvvəllər 2 manat 60 qəpiyə olan "Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan "Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan "LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan "Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan "Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan "Sobranie” isə 5 manat 10, "Vant" isə 3:10-dan qalxaraq 3 manat 40 qəpik olub.

Marketlərdə təklif olunan qiymətlər təxminən belədir. Köşklərdə isə siqaretlər təxminən 20 qəpik daha baha satılır.

Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
--> -->