Xəbər lenti

Yeni araşdırma: Qocalıqda texnologiyadan istifadə demensiya riskini azalda bilər
Sağlamlıq 20:45 21.04.2025

Yeni araşdırma: Qocalıqda texnologiyadan istifadə demensiya riskini azalda bilər

Yeni bir elmi araşdırma göstərib ki, yaşlı insanların rəqəmsal dünyaya inteqrasiya olunması, onlarda demensiya riskini azalda bilər.

Qayanrinfo xəbər verir ki, ABŞ-ın Texas ştatından olan tədqiqatçılar 50 yaşdan yuxarı 411 mindən çox iştirakçının yer aldığı 57 müxtəlif araşdırmanı təhlil ediblər.

Araşdırmanın nəticələrinə əsasən, mütəmadi texnologiya istifadəsi idrak funksiyalarının pozulması riskini 58 faizədək azaldır. Eyni zamanda, bu şəxslərdə zamanla müşahidə olunan zehni geriləmə faizi 26 ilə 34 arasında daha aşağı olub. Hər bir araşdırmada fərqli rəqəmsal vərdişlər öyrənilib. Bəzi tədqiqatlar ağıllı telefonlardan istifadəyə, digərləri isə sosial media ilə qarşılıqlı əlaqəyə fokuslanıb.

Peşə təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi amillər nəzərə alınsa belə, texnologiya ilə təmasın qoruyucu təsirinin davam etdiyi müşahidə edilib.

Texasdakı Baylor Universitetindən psixoloq və neyroelm mütəxəssisi Maykl Skallin mövzu ilə bağlı bildirib: "Hər gün texnologiyaların bizə necə təsir etdiyi ilə bağlı mənfi fikirlər eşidirik. "Rəqəmsal demensiya" kimi anlayışlar gündəmə gəlir. Lakin əldə olunan məlumatlar göstərir ki, bu cür ümumiləşdirmələr həmişə doğru deyil".

Texas Universitetindən neyropsixoloq Cared Benk isə əlavə edib: "Məlumatlarımız göstərir ki, yaşlı şəxslərin texnologiya vasitəsilə sosial əlaqələrini davam etdirməsi və zehni fəaliyyətlərini aktiv saxlaması, idrak sağlamlığı baxımından əhəmiyyətli faydalar verə bilər".

Mütəxəssislərin fikrincə, texnologiya xüsusilə yeni cihaz və tətbiqlərin öyrənilməsi yolu ilə beyni stimullaşdıra bilər, sosial media və görüntülü zənglər vasitəsilə isə tənhalıq hissini azaldaraq zehni sağlamlığı dəstəkləyə bilər. Bundan başqa, dərman xatırladıcıları və təqvim tətbiqləri kimi vasitələr yaşlıların müstəqil yaşam müddətini də uzada bilər.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->