Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib.
Qaynarinfo banker.az-a istinadən xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Həsənli Elşən Nazim oğlu I müavin təyin edilib. Buna qədər I müavin Məmmədov Güloğlan Məmməd oğlu idi.
Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının "Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Şərhlər