Elmi təcrübələr həmişə alimlərin gözlədiyi nəticələri vermir. Məhz belə bir şey 40 il əvvəl ABŞ-da keçirilən və ilk baxışda əhəmiyyətsiz görünən bir tədqiqat zamanı baş verib. Lakin onun yekun nəticələri yalnız indi qiymətləndirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science" elmi bülleteni məlumat yayıb.
1980-ci ildə ABŞ-nin Vaşington ştatında Müqəddəs Yelena vulkanı püskürmüşdü. Bərkimiş lava, kül və daşlar ətrafdakı bütün landşaftı qalın bir təbəqə ilə örtmüş, yerli meşələri və çəmənlikləri məhv etmişdi. Aydın idi ki, landşaftın ilkin vəziyyətinə qayıtması üçün onilliklər, hətta əsrlər lazım olacaq.
O zaman ABŞ alimləri bu fürsətdən istifadə edərək, sincabların fəaliyyətinin məhv olmuş ekosistemin bərpasına təsiri barədə kiçik bir təcrübə keçirmək qərarına gəlib. Fikir ondan ibarət olub ki, sincablar kül və bərkimiş lava təbəqəsində yuva qazarkən, altındakı münbit torpağı və onunla birlikdə ekosistem üçün faydalı göbələk və bakteriyaları üzə çıxaracaq. Bu da belə yerlərdə bitki örtüyünün daha tez bərpasına kömək edəcəkdi.
Beləliklə, vulkan püskürməsindən iki il sonra bir qrup sincab vulkanın yamacındakı təcrid olunmuş ərazidə bir gün saxlanılıb. Bütün gün heyvanlar köpükdaşlarını qazıblar, sonra tutularaq yenidən götürülüblər.
Altı il sonra sincabların işlədiyi yerdə 40.000-dən çox bitki boy atıb, halbuki heyvanların qazmadığı ərazilər əsasən bərpa olunmayıb. Beləcə, tədqiqatçılar öz fərziyyələrini təsdiqləyiblər.
Lakin ilkin təcrübədən 40 il sonra alimlər yenidən təcrübə sahəsini araşdırıblar və orada inanılmaz bir irs aşkar ediblər. Bir zamanlar sincabların qazdığı yerlərdə vulkan ətrafında qalmış köhnə meşələrdən daha çox müxtəlif bakteriya və göbələk icmaları tapılıb.
"1980-ci illərdə biz sadəcə qısamüddətli reaksiyanı yoxlayırdıq. Kim təxmin edə bilərdi ki, bir sincabı bir günlüyünə buraxıb 40 il sonra qalıq effekti görəcəksiniz?", deyə tədqiqatçılardan biri izah edib
Aydın
Şərhlər