Donald Trampın ətrafındakı rəsmilər Birləşmiş Ərəb Əmirliklərini İranla müharibədə daha fəal iştirak etməyə çağırır və Fars körfəzində yerləşən İran adalarından birinin ələ keçirilməsini təklif edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşri Tramp administrasiyasında çalışmış keçmiş yüksəkvəzifəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın ətrafındakı bəzi rəsmilər BƏƏ-ni aprelin əvvəlində gizli hərbi zərbələrə məruz qalan Lavan adasını ələ keçirməyə çağırıblar.
Nəşr xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələrinin əsas yükünü məhz BƏƏ daşıyıb. Bunun fonunda Əmirliklər ABŞ və İsraillə münasibətləri gücləndirmək səylərini artırıb, regiondakı qonşu ölkələrlə münasibətlər isə gərgin olaraq qalır.
Jurnalistlər əlavə ediblər ki, BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan müharibənin əvvəlində Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı əks-hücumlara qoşulmağa çağırsa da, bu cəhd uğursuz olub. Mənbələrin sözlərinə görə, daha sonra – aprelin əvvəlində – BƏƏ İranın bir neçə obyektinə, o cümlədən Lavan adasına zərbələr endirib.
Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
Bundan əvvəl "The New York Times” nəşri mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp Çindən qayıtdıqdan sonra İrana qarşı hərbi zərbələrin yenidən başlanması ilə bağlı qərar qarşısında qalıb.
Amerikalı rəsmilərin məlumatına görə, İranla gərginliyin azaldılması üzrə danışıqlar dalana dirənib və Tehranın yeni təklifləri rədd edilib.
Aydın
Şərhlər