Planetimiz "Yer" adlansa da, əslində o, tam mənası ilə "su dünyası"dır. Yer səthinin 70 faizdən çoxu su ilə örtülüb və bunun böyük hissəsi dünya okeanında cəmləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Wildlife” yazır.
Lakin sonsuz dərinliklər arasında ölçüləri ilə seçilən çox kiçik su hövzələri də mövcuddur. Bəşəriyyət beş əsas okeanı fərqləndirir və onların hamısı əslində vahid su sisteminin hissələri hesab olunur. Bu okeanlar arasında ən kiçik, ən dayaz və ən soyuq olanı Şimal Buzlu okeanıdır. Onun sahəsi təxminən 14 milyon kvadratkilometrdir ki, bu da Sakit okeanın ərazisindən təxminən 11 dəfə kiçikdir.
Şimal Buzlu okeanı Alyaska, Kanada, Qrenlandiya, Norveç və Rusiya arasında yerləşir. Okeanın böyük hissəsi ilin çox vaxtı buzla örtülü olsa da, bu sərt şərait qütb ayıları, narvallar və beluxa balinaları üçün əlverişli yaşayış mühiti sayılır.
Dənizlər
Dünyada ümumilikdə 50-dən çox dəniz mövcuddur, lakin ən kiçik dəniz rekordu Mərmərə dənizinə məxsusdur. Bu dəniz Türkiyədə yerləşir və sahəsi cəmi təxminən 7 052 kvadratkilometr təşkil edir.
Tədqiqatçıların fikrincə, kiçik ölçüsünə və güclü axınların olmamasına baxmayaraq, Mərmərə dənizi olduqca mürəkkəb xüsusiyyətlərə malikdir. Belə ki, dəniz tez-tez zəlzələlərin baş verdiyi seysmik zonada yerləşir və bu da onu alimlər üçün dünyanın ən maraqlı tədqiqat obyektlərindən birinə çevirir.
Aydın
Şərhlər