Xəbər lenti

Sənət 12:50 22.04.2025

"Vahidin yaşaması öz əlində idi, ancaq özü öz evini yıxdı" - Xanımı

"Vahidin yaşaması öz əlində idi. Amma əməliyyatdan sonra həkimlərin məsləhətinə əməl etmədi".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamella Əliyeva aktyorun səhhətindən danışarkən deyib. 

O, aktyorun ürək və ağciyər çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb:

"Bir müddət öncə açıq ürək əməliyyatı keçirmişdi. Həkimlər ona siqaret çəkməyi qadağan etmişdi. Amma həkimlərin məsləhətinə qulaq asmadı. Gərək siqaret çəkməyəydi, amma çəkdi, öz evini yıxdı. Vahidin yaşaması öz əlindədir. Hazırda siqaret çəkmir, amma nə mənası, gecdir, olan-olub. Həkimlər demişdi ki, təmiz havada gəz. Gedib çayxanaya dostları ilə domino oynayıblar. Onlar siqaret çəkib, bu da nəfisini saxlaya bilməyib".

Tamella Əliyeva aparılan müalicənin hələ tam effekt vermədiyini xatırladıb:

"Həkimlər əlindən gələni edirlər, amma müalicə hələ effekt vermir. Ürəyinin döyüntüsü artıb, təzyiq düşüb və s. Ürək damarları hələ yoxlanılmayıb. Hələ ki, bunları qaydasına salmağa çalışırlar. Ümidimiz Allahdır, ümd edirik ki, düzələcək".

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Vahid Əliyevin səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Sənətçi 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->