Xəbər lenti

Parisdə Azərbaycanın ilk süni intellekti
Video 12:08 18.04.2025

Parisdə Azərbaycanın ilk süni intellekti "Şuşa" kompozisiyası nümayiş olundu (FOTO/VİDEO)

İstanbul Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının (IDSF) təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Parisdə Azərbaycanın ilk süni intellekti "Şuşa” kompozisiyası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Fransada akkreditə olmuş səfirlər, diplomatlar, bu ölkənin mədəniyyət və ictimai xadimləri, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, mərkəzdə ilk dəfədir ki, rəqəmsal incəsənət sərgisi nümayiş olunub. O, qeyd edib ki, festival incəsənətin transformasiyasını qeyd etmək üçün dünyanın hər yerindən rəssamları və rəqəmsal sənət əsərlərini bir araya gətirən illik beynəlxalq platformadır.

Səfir deyib ki, süni intellekt mədəniyyət sektorunda da güclü alətə çevrilib. Bu irəliləyişlər mədəni irsi qorumaq və tamaşaçılara fərdi təcrübələr təqdim etmək üçün innovativ yollar təklif edir.

"Mezo” Rəqəmsal İncəsənət Qrupu idarə heyətinin sədri Nabat Qaraxanova sərgidə nümayiş olunan kompozisiyalar haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları sərgini ziyarət ediblər. Azərbaycanın ilk süni intellekti "Şuşa” kompozisiyası maraqla qarşılanıb. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılıb. Kompozisiya dahi şəxsiyyətlərimizin, sənətçilərimizin, bəstəkararımızın, şair və yazıçılarımızımın miras qoyduqları Şuşanın ruhunu əks etdirir.

Sərgi aprelin 20-dək ziyarətçilərə açıq olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->