Xəbər lenti

Rusiya ordusunun REB vasitələrinin konstruktoru məhv edildi (VİDEO)
Dünya 17:47 25.04.2025

Rusiya ordusunun REB vasitələrinin konstruktoru məhv edildi (VİDEO)

Rusiyada Bryansk Elektromexanika Zavodunun konstruktor bürosunun rəhbəri Yevgeni Rıtikov məhv edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə 25 aprel tarixində "RBK-Ukrayna" nəşri Ukraynanın müdafiə qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlərlə danışan mənbələr bildiriblər ki, Rıtikovun avtomobili 18 aprelə keçən gecə Bryansk şəhərində partlayıb – o, həmin vaxt avtomobilə həmkarı ilə birlikdə minibmiş.

"RBK-Ukrayna"nın yazdığına görə, partlayış nəticəsində həlak olan digər şəxs çox güman ki, konstruktor bürosunun rəhbərinin müavini və ya onun köməkçisi olub.

Media partlayış səsinin qeydə alındığı bir video da dərc edib.

Nəşr izah edib ki, Rusiyadakı Bryansk Elektromexanika Zavodu ordunun istifadəsi üçün ən müasir radioelektron mübarizə (REB) və radioelektron kəşfiyyat vasitələrinin əsas hazırlayıcısıdır. Rıtikov xüsusilə, zərbə, kəşfiyyat və pilotsuz aviasiyanın bort radarlarına qarşı yönəlmiş ən müasir stansiyalardan biri olan "Krasuxa" REB kompleksinin modernizasiyasına cavabdeh olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->