Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının lideri İrakli Qaribaşvili jurnalistlərlə keçirdiyi brifinqdə siyasətdən getdiyini açıqlayıb.
Qayanrinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istərdim", deyə partiya sədri bildirib. O vurğulayıb ki, bu gün ona həvalə olunmuş missiyanı yerinə yetirilmiş hesab edir.
Tədbir zamanı İrakli Qaribaşvili "Gürcü Arzusu"nun yaradıcısı Bidzina İvanişviliyə göstərdiyi etimada görə bir neçə dəfə təşəkkür edib. Partiya liderinin sözlərinə görə, o, birliyin özünü və apardığı siyasəti dəstəkləməyə davam edəcək.
İrakli Qaribaşvili siyasi karyerası ərzində iki dəfə - 2013-2015-ci illərdə və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. O, həmçinin müxtəlif vaxtlarda müdafiə naziri, ictimai asayiş naziri vəzifələrində çalışıb.
Aydın
Şərhlər