Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.
Qaynarinfo xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
"Turan Tovuz” evdə "Şamaxı”nı sınağa çəkib. Qarşılaşmanı Kamal Umudlu idarə edib. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bu turun "Kəpəz” – "Zirə” (25 aprel), "Səbail” – "Araz-Naxçıvan”, "Sabah” – "Qarabağ” (hər ikisi 27 aprel), "Sumqayıt” – "Neftçi” (28 aprel) oyunları qarşıdakı günlərdə keçiriləcək.
Azərbaycan Premyer Liqası32-ci tur25 aprel
"Turan Tovuz” – "Şamaxı” 1:1Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.Tovuz şəhər stadionu, 19:00.
Şərhlər