Respublika Klinik Xəsətəxanasında tibb bacısı işləmiş şəxs dələduzluğa görə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, G.N. iki nəfərə qarşı dələduzluq edib. O, pensiyaları kəsilən həmin şəxslərə bu məsələni həll edəcəyi barədə vəd verib. G.N.-nın qurbanları pensiyalarının bərpa olunması üçün ona ayrı-ayrılıqda 2500 manat pul verib. Lakin G.N. vədini yerinə yetirməyib.
Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. G.N. şübhəli şəxs qismində tutulub. 48 saata sonra isə ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, işin məhkəmə istintaqı aprılan zaman G.N. poroseslərə gəlməyib. Bu da onun barəsində axtarış elan edilməsinə səbəb olub. Bundan sonra, o, özü polisə gəlib. Bu dəfə G.N. barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda iş materiallarından görünür ki, G.N-ya Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham verilib. İşin məhkəmə istintaqı Ağdaş Rayon Məhkəməsində aparılıb. G.N. məhkəmədə verilmiş ittiham üzrə özünü təqsilir bilib.
Məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həbsdə saxlanıldığı cəmi 26 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla verilən cəzadan çıxılıb. G.N.-nın üzərində qəti olaraq 1 il 4 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər