Xəbər lenti

Patriarx Kirill İsveçrədə casus olub - KİV
Dünya 22:26 06.02.2023

Patriarx Kirill İsveçrədə casus olub - KİV

Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri Patriarx Kirill 1970-ci illərdə Cenevrədə Sovet xarici kəşfiyyat xidməti olan KQB-yə işləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Federal Arxivinin məlumatlarına istinadən "Matin Dimanche” və "Sonntagszeitung” nəşrləri yazır.

Məlumata görə, Kirillə bağlı o zaman federal polis tərəfindən tərtib edilən və daha sonra ictimaiyyətə açıqlanan dosye kilsə xadiminin KQB-yə aid olduğunu təsdiqləyir.

1970-ci illərin əvvəllərində Rus Kilsəsinin hazırkı patriarxı Cenevrədə "Mixaylov" təxəllüsü ilə yaşayıb. O, Moskva Patriarxlığını Ümumdünya Kilsələr Şurasında rəsmi şəkildə təmsil etməli idi. Kirilin vəzifəsi "şuraya təsir etmək" olub.

Mətbuatın yazdığına görə, o zamankı Sovet rəhbərliyinin məqsədi Cenevrə institutunu ABŞ və onun müttəfiqlərini qınamağa məcbur etmək, onların Sovet İttifaqında dini etiqad azadlığının olmaması ilə bağlı tənqidlərini yumşaltmaq idi.

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill Rusiya prezidenti Vladimir Putinin və onun siyasətinin ardıcıl tərəfdarıdır. O, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyir, Putinin raketlərinə xeyir-dua verir və 2012-ci ildə Putini "möcüzə” adlandırıb.

Ukrayna 2023-cü ildə Rusiya Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edilməsinə çalışır. Avropa İttifaqının bu barədə ilk cəhdinə Macarıstan mane olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->