Xəbər lenti

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv etdi
Ölkə 21:40 18.05.2026

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv etdi

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətdən bildirilib.

Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.
--> -->