Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər
üçün elan etdiyi "Summer Challenge 2026” təcrübə proqramı start verdiyi ilk gündən
tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən gələn
çoxsaylı müraciətləri və aktivliyi nəzərə alaraq, Bank qeydiyyat müddətini
uzatmaq qərarına gəlib. Beləliklə, layihəyə qoşulmaq istəyən gənclər 31 may
2026-cı il tarixinədək müraciət edə bilərlər.
Xatırladaq ki, 3 ay davam edəcək bu proqram gənclərə müasir bankçılıq mühitində
real iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və gələcək
karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir.
İştirakçılar öz bacarıqlarına uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və
Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin
İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Proqramda iştirak etmək və bu yayını həm əyləncəli, həm də karyerası üçün
səmərəli keçirmək istəyən namizədlər 3 qısa sualı cavablandıran 60-90 saniyəlik
motivasiya videosu çəkməli və qeydiyyat formasını doldurmalıdırlar. Seçim
zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan gənclərə üstünlük veriləcək.
Bank-ın təqdim etdiyi bu parlaq başlanğıcı qaçırmamaq və "Summer
Challenge" ailəsinə qoşulmaq üçün son tarix 31 maydır. Müraciət üçün indi
tam zamanıdır: https://ylb.az/summerch2026.
Banklarda
vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər