"Bu gün estrada müğənniləri, xanəndələr də aşıq musiqisinə üz tutublar. Oxuduqları demək olar ki, hamısı aşıq mahnılarıdır. Onlar aşıq kimi ifa edə bilməzlər. Günah prodüserlərdə və toy sahibi ilə oturub danışanlardadır. Toy yiyəsinə deyirlər ki, ansamblda saz var, müğənni də oxuyacaq. İndi başa sal ki, aşıqla həmin müğənni arasında hansı fərqlər var".
Bu sözləri aşıq Əli Tapdıqoğlu "Künc-bucaq" layihəsində deyib. Aşıq son illər məclislərdəki problerdən danışıb:
"Aşıqlar toya getməlidirlər. Onları yaşadan, dolandıran xalqdır. El şənliyinə getməsinlər, bəs haradan dolansınlar? Konsertdən qonorar verilmir, konsert verib pul götürə bilmirsən, kanala çıxmaq üçün pul verilmir. Bəs haradan qazansınlar? Aşıq sənəti inkişaf edir. Problem aşıqlardadır. Təqdimatı düzgün etməlisən, harada nəyi oxumalı olduğunu bilməlisən. Düşüncələri düzəlməli, müasirləşməlidirlər.”//Axşam.az
Şərhlər