Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasının yaxınlaşması fonunda istefa verə biləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, Serbiya lideri bu barədə Çinə səfəri zamanı danışıb.
"Bəlkə də tezliklə istefa verəcəyəm”, - Vuçiç deyib.
Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib.
O, 2022-ci ildə ikinci müddətə yenidən prezident olub.
Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Şərhlər