Xəbər lenti

Əfran İsmayılov
İdman 13:05 25.05.2026

Əfran İsmayılov "Araz-Naxçıvan"dan getdi

"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.

Qaynarinfo Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Rəhbərlik onun müraciətini müsbət cavablandırıb. Ə.İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
--> -->