Xəbər lenti

Nadir Qafarzadə: Subay olsaydım, qorxmazdım, evlənərdim
Maqazin 16:01 03.04.2026

Nadir Qafarzadə: Subay olsaydım, qorxmazdım, evlənərdim

"Bu gün gənclərin ailə qurmaqdan uzaq durmasının əsas səbəblərindən biri məsuliyyətdən çəkinmələridir".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

Sənətçi gənclərin evlənmək istəməməsinin arxasında sosial problemlərin dayandığını bildirib. Onun sözlərinə görə, ailə saxlamağın çətinliyi və artan məsuliyyət hissi gəncləri bu addımdan çəkindirir:

"Ailəni saxlamaq asan deyil. Kişi ailənin yükünü çiyinlərində daşımaqda çətinlik çəkir. Yük çox ağırdır. Gənclər daha rahat həyat yaşamaq istəyir, məsuliyyətdən qaçırlar. Ailə qurduqda iki nəfər olursan, zamanla ailə böyüyür və problemlər də artır. Bunu dərindən düşünən gənclər evlənmək istəmir".

Sənətçi qeyd edib ki, yenidən subay olsaydı, məsuliyyətdən qorxmaz və ailə qurardı:

"Niyə evlənməyim ki? Həyatda həm gülürük, həm də ağlayırıq. Ailəmizin sirrini hər zaman evdə saxlamışıq. Problemləri ictimailəşdirməməyə çalışmışıq. Problemsiz ailə olmur. İnsan dünyaya ailə qurmaq, övlad sahibi olmaq üçün gəlir. Biz ideal ailə deyilik, bizim də çətinliklərimiz olub. Amma illərdir bu çətinliklərin öhdəsindən gəlmişik. İnsan güclü və mübariz olmalıdır".

Nadir Qafarzadə evlənməyə tələsməyən gənclərə də mesaj verib:

"Əgər hazır deyillərsə, evlənməsinlər. Evlənib qısa müddət sonra boşanmasınlar, bir-birlərini bədbəxt etməsinlər. Belə olduqda uşaqlar da əziyyət çəkməz, ata-anasızlıq travması yaşamaz. İstər qadın, istər kişi - kim özündə güc hiss edir və məsuliyyətdən qorxmursa, ailə qursun. Ailə gözəldir, amma onu qoruyub saxlaya bilənlər üçün. Bu gün mən xoşbəxtəm və bunu hər bir gəncə arzulayıram. Mütləq deyil ki, insanın çox pulu olsun. Pul insanı xoşbəxt etmir, sadəcə gücləndirir".

Bahar Rüstəmli
--> -->