Amerikalı reper Kanye Uest keçmiş həyat yoldaşı Kim Kardaşyan ilə mübahisə etdikdən sonra Kardaşyan ailəsini uşaqların cinsi istismarında ittiham edib.
Qaynarinfo xəbər verir ki, reper bu barədə X sosial şəbəkəsində yazıb.
"Kardaşyanlar seks işçiləridir və dünyaya gətirdikləri bütün qaradərili uşaqları cinsi ticarətə cəlb edirlər", deyə musiqiçi bildirib.
Uestin bu tənqidinə səbəb 11 yaşlı qızı Nortun müğənni FKA Twigs-in musiqi klipində iştirakı olub. Reper hesab edir ki, klipdə qızı həddən artıq açıq geyinib.
"Mənim xoşuma gəlmir ki, Twigs klipində qızımı böyüklər kimi geyindirir", deyə Uest fikrini izah edib.
Reper həmçinin Kim Kardaşyanın planşetinin ekran fonu kimi təyin etdiyi kiçik qızı Çikaqonun fotosunu da paylaşıb. O, 7 yaşlı övladının tərbiyəsində iştirak etməsinə imkan verilmədiyini bildirib.
"Bu, mənim qızlarımdan biridir və mənim onu böyütmək haqqım yoxdur, onu heç vaxt görə bilməyəcəyəm. Məsələn, mənə onun ad gününə gəlməyə icazə vermədilər. Qaradərili atalar hər gün məqsədyönlü şəkildə övladlarının həyatından kənarlaşdırılır", deyə reper etiraz edib.
18 mart tarixində Kim Kardaşyanın Kanye Uestin valideynlik hüquqlarını məhdudlaşdıra biləcəyi barədə məlumat yayılıb. Mediaya görə, buna səbəb Uestin Kimdən icazəsiz olaraq böyük qızı Nortun iştirakı ilə mahnı buraxması olub.
Kardaşyan və Uest 2014-cü ildə evlənib, 2022-ci ildə boşanıb və 11 yaşlı Nort, 9 yaşlı Seynt, 7 yaşlı Çikaqo və 5 yaşlı Psalmanın qarşılıqlı fiziki və hüquqi qəyyumluğu barədə razılığa gəliblər.
Aydın
Şərhlər