Xəbər lenti

Afrika və Yaxın Şərq səhralarında naməlum canlı forması tapıldı
Dünya 23:55 20.03.2025

Afrika və Yaxın Şərq səhralarında naməlum canlı forması tapıldı

Yohannes Qutenberq Universitetinin alman alimləri Namibiya, Oman və Səudiyyə Ərəbistanının səhra bölgələrində naməlum mikrob həyat formasının fəaliyyətinin nəticəsi ola biləcək qeyri-adi strukturlar aşkar ediblər. Bu izlər mərmər və əhəng daşında kiçik tunellərdir. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Geomicrobiology Journal" (GMBJ) elmi jurnalında dərc olunub.

Minerallardakı açıq keçidlərin eni təxminən 0,5 millimetr və uzunluğu üç santimetrə qədərdir. Borular 10 metr uzunluğa qədər zolaqlar əmələ gətirir və incə kalsium karbonat tozu ilə doldur.

Tunellərin yaşının 1-2 milyon il olduğu təxmin edilir. Alimlər hesab edirlər ki, onlar müasir səhradan daha rütubətli iqlimdə əmələ gəlmiblər.

Komanda həmçinin boruların içərisində bioloji material tapıb, lakin mikroorqanizmləri müəyyən etmək üçün DNT və ya zülalları təcrid edə bilməyib.

Tədqiqata rəhbərlik edən professor Seys Pasçyer bildirib: "Biz bu canlının nəsli kəsilmiş və ya hələ də mövcud olduğunu bilmirik".

Komanda endolitik mikrob mütəxəssislərinin bu strukturları öyrənməyə davam edəcəyinə ümid edir.

"Bu həyat forması karbon dövrü kimi qlobal prosesləri başa düşmək üçün vacib ola bilər, ona görə də elmi ictimaiyyətin bu barədə öyrənməsi çox vacibdir", deyə professor bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->