Xəbər lenti

FTB-də qalmaqal: Məxfi məlumatları sızdırmaqda ittiham olunur
Dünya 22:00 20.03.2025

FTB-də qalmaqal: Məxfi məlumatları sızdırmaqda ittiham olunur

ABŞ-da Federal Təhqiqatlar Bürosunu (FTB) tənqid edən agent Conatan Buma məxfi məlumatları sızdırdığı iddiası ilə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, onun FTB-nin xarici bir ölkənin kütləvi qırğın silahları proqramı ilə bağlı apardığı araşdırmalara dair detalları paylaşdığı bildirilir.

İttiham aktına əsasən, təxminən 15 ildir FTB-də çalışan Buma qorunmalı olduğuna dair açıq xəbərdarlıqlar olmasına baxmayaraq, təxminən 130 məxfi sənədi çap edərək bu məlumatları başqalarına ötürüb.

Bundan əlavə, Bumanın yazdığı kitabın ilkin versiyasının FTB-nin adıçəkilməyən bir ölkənin kütləvi qırğın silahları proqramına dair araşdırmaları ilə bağlı təfərrüatlar ehtiva etdiyi və onun bu sənədi e-poçt vasitəsilə "ortaq"ları ilə paylaşdığı iddia edilir.

O, 17 mart tarixində Nyu-Yorkdakı Con F. Kennedi Beynəlxalq Hava Limanında xaricə getmək üçün təyyarəyə minməyə hazırlaşarkən saxlanılıb. Məhkəmədə ilkin dinləmədən sonra sərbəst buraxılan Buma ittihamları rədd edib.

Bumanın FTB-nin bəzi istintaq metodlarını tənqid edərək, mediaya, hökumət qurumlarına və Konqresə açıqlamalar verdiyi bilinir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->