Xəbər lenti

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi aşağı düşüb (FOTO)
Foto 12:40 21.03.2025

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi aşağı düşüb (FOTO)

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb.

"Report”un Aran bürosunun məlumatına görə, belə vəziyyət son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq qeydə alınıb.

Çayda irili-xırdalı "adalar" və "yarımadalar" əmələ gəlib. Eyni zamanda, su nasoslarının məhsuldar işləməsində çətinliklər yaranıb.

Belə ki, bəzi su nasosları normal qaydada su götürə bilmədiyindən, qarşısını dərinləşdirmək məqsədi ilə əraziyə xüsusi gəmi cəlb edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->