Xəbər lenti

Şadlıq evindən  22 minlik oğurluq - Dəstə üzvləri saxlanıldı
Ölkə 10:55 21.03.2025

Şadlıq evindən 22 minlik oğurluq - Dəstə üzvləri saxlanıldı

Siyəzəndə hazırda istifadə olunmayan şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Onlar şadlıq evinə 22 min 200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->