Böyük Britaniya ABŞ-ın əvvəlcədən razılığı olmadan nüvə silahından istifadə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsinə istinadən "Daily Express" nəşri məlumat yayıb.
"Böyük Britaniyanın nüvə qarşısının alınması tamamilə müstəqildir", deyə o, bildirib.
Nəşr vurğulayır ki, London ABŞ prezident administrasiyasının siyasətindəki dəyişikliklərlə əlaqədar ölkənin mümkün zəifliyindən narahatdır.
Britaniya hərbçiləri hesab edirlər ki, Vaşinqtonla bağlı vəziyyət Rusiyanın Avropada təcavüzünün qarşısını almaq üçün nüvə potensialından səmərəli istifadəni çətinləşdirə bilər.
Martın 15-də Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ-ın Avropa maraqlarını müdafiə etməsinin mümkün azaldılması fonunda Avropa ölkələrinin nüvə silahı əldə etmə ehtimalını şərh edib. Onun sözlərinə görə, London nüvə silahının mövcudluğunun artmasının qarşısını almaq üçün əlindən gələni edəcək.
Aydın
Şərhlər