Xəbər lenti

Şəki dağlarında gecə əməliyyatı: Köməksiz qalanlar xilas edildi (VİDEO)
Video 09:43 11.05.2026

Şəki dağlarında gecə əməliyyatı: Köməksiz qalanlar xilas edildi (VİDEO)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

--> -->