Xəbər lenti

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
Sənət 09:28 11.05.2026

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
--> -->