Xəbər lenti

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi
Ölkə 12:21 11.04.2025

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin edilib.

"Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında məsələ müzakirə olunub.

Sənədə əsasən, Mehdi Ədalət oğlu Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->