Xəbər lenti

İdman 19:38 13.04.2025

"Kəpəz" - "Araz-Naxçıvan" matçında heç-heçə

Misli Premyer Liqasının XXX turunda "Kəpəz” "Araz-Naxçıvan”la heç-heçə edib.
 
Qaynarinfo xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra "Araz-Naxçıvan” hazırda 52 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Qarabağ” "Səbail”i (4:1), "Turan Tovuz” "Sabah”ı (2:1), "Şamaxı” isə "Sumqayıt”ı (2:1) məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->