Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər