Xəbər lenti

Futbol tarixinin unudulmaz 10 oyunu (SİYAHI)
İdman 10:14 01.04.2025

Futbol tarixinin unudulmaz 10 oyunu (SİYAHI)

Tarixə düşən qarşılaşmalar, ürəkləri dayandıran anlar və inanılmaz geri dönüşlər... Futbol tarixi çoxsaylı möhtəşəm matçlarla zəngindir. Bu oyunlar, dramatik anları, yüksək tempi və inanılmaz nəticələri ilə yaddaşlara həkk olunub. Ancaq onların arasından ən yaddaqalan 10 qarşılaşmanı seçmək çətin olsa da, futbolsevərlər tərəfindən ən çox xatırlanan matçları bir araya gətirmək mümkün olub.

Qaynarinfo xarici mediaya istinadən futbol tarixinə damğa vuran ən unudulmaz 10 oyunu təqdim edir:

10. Ayaks - Tottenhem (2019)

UEFA Çempionlar Liqası yarımfinalı möhtəşəm bir dönüşə səhnə oldu. "Tottenhem" Lukas Mouranın əlavə dəqiqələrdə tamamladığı het-triklə finala yüksələrək inanılmaz bir qələbə qazandı.

9. Çelsi - Bavariya (2012)

Çempionlar Liqası finalı son dəqiqələrdə dramatik şəkildə dəyişdi. "Çelsi" matçı penaltilərə apararaq ilk Çempionlar Liqası titulunu qazandı.

8. İtaliya - Braziliya (1982)

Dünya çempionatının 1/4 finalında Paolo Rossinin het-triki ilə İtaliyanın Braziliyanı mübarizədən kənarlaşdırması futbol dünyasında böyük şok yaratdı.

7. Real Madrid - Ayntraxt Frankfurt (1960)

Çempionlar Liqası finalı "Real Madrid"in 7:3 hesablı tarixi qələbəsi ilə yadda qaldı. Alfredo Di Stefano və Ferens Puşkaşın möhtəşəm oyunu bu matçı əfsanələşdirdi.

6. Braziliya - Almaniya (2014)

Dünya çempionatının yarımfinalında Almaniyanın Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsi, turnir tarixinin ən gözlənilməz nəticələrindən biri oldu.

5. Barselona - PSJ (2017)

UEFA Çempionlar Liqasında "Barselona" ilk oyunu 4-0 uduzduqdan sonra, cavab matçında 6:1 hesabı ilə qalib gələrək inanılmaz bir geri dönüşə imza atdı.

4. Argentina - İngiltərə (1986)

Dünya çempionatının 1/4 finalı Dieqo Maradonanın həm "Tanrının əli" qolunu vurduğu, həm də "Əsrin qolu"na imza atdığı matç kimi tarixə keçdi.

3. Mançester Yunayted - Bavariya (1999)

Çempionlar Liqası finalında "Mançester Yunayted" son dəqiqələrdə iki qol vuraraq inanılmaz şəkildə çempion oldu.

2. Almaniya - İtaliya (1970)

Dünya çempionatının yarımfinalı "Əsrin oyunu" adlandırılan və uzatma dəqiqələrində 5 qolun vurulduğu dramatik matç kimi yadda qaldı. İtaliya 4:3 hesabı ilə qalib gəldi.

1. Liverpul - Milan (2005)

İstanbulda keçirilən Çempionlar Liqası finalında "Liverpul"un 0:3 geridə olduğu oyunda geri dönüş edərək penaltilərlə çempion olması futbol tarixinin ən epik matçlarından biri oldu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->