ABŞ prezidenti Donald Tramp Amerikanın Afrikada hərbi mövcudluğunun məqsədəuyğunluğuna şübhə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Africa Report” analitik portalı məlumat yayıb.
Məqalədə deyilir: "ABŞ prezidenti Donald Tramp Pentaqonun Afrikada hərbi mövcudluğunun məntiqini şübhə altına aldığı üçün USAFRICOM çətin vəziyyətdə qalıb".
AFRICOM-un rəhbəri general Maykl Lenqlinin aprelin 3-də Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verməsi gözlənilir. Bu, yaxın həftələrdə ABŞ Müdafiə Nazirliyinin nəzarət orqanları və hərbi xərclərə vəsait ayıran qurumlar qarşısında keçiriləcək ilk dinləmələrdən biri olacaq, portal qeyd edir.
Martın 18-də "NBC News" xəbər verib ki, Pentaqon ABŞ silahlı qüvvələrinin döyüş komandanlığı və qərargahında əhəmiyyətli dərəcədə yenidənqurma aparır. Nəzərdən keçirilən planlardan biri ABŞ-ın NATO-nun Avropadakı ali müttəfiq komandanı rolundan imtina etməsini nəzərdə tutur - hərbi dildə SACEUR kimi tanınır.
Kanalın mənbələri bildiriblər ki, ABŞ AFRICOM və EUCOM-u bir komandada birləşdirə bilər ki, bu da SACEUR rolunun aradan qaldırılması üçün əsasların bir hissəsi olacaq.
Aydın
Şərhlər